Orqanizmdə hansı orqan birinci qocalır ?

  • 2023.12.13 15:38
  • 1511 Baxış
Orqanizmdə hansı orqan birinci qocalır ?

Əgər həkimlər dəqiq bilsə ki, bu hansı orqandır, onun ömrünü uzatmaq üçün öncədən tədbir görülər.


“Medicina” xəbər verir ki, Stenford universitetinin alimləri orqanların bioloji yaşını müəyyən edən metod kəşf edib.


Bunun üçün onlar müxtəlif orqan və toxumalar üçün spesifik zülal tapıb. Bu zülalın qanda səviyyəsi hansı toxumanın digərlərindən tez yaşlandığını göstərir.

Bu kəşf imkan verəcək ki, sadə qan analizi ilə orqanın qocalma tezliyini müəyyən edib, ona uyğun müalicə tədbiri alınsın.

Alimlər 5600 nəfər 20-90 yaşlı insan üzərində apardıqları təcrübədə 11 əsas orqanın qocalma tezliyini yoxlayıb.

Analizlər göstərib ki, hər insanda müxtəlif orqanlar müxtəlif tezlikdə qocalır, hətta bir adamda 2 orqan eyni vaxtda qocalmağa başlayır.

50 yaşdan sonra hər insanın minimum bir orqanı digərlərindən daha tez və sürətlə yaşlanır.
İlk üçlükdə ürək, qan damarları, beyindir.

Əgər orqanda yaşlanma başlayıbsa, yaxın 10 ildə bu orqanla bağlı ölüm riski 50% arta bilir.

Aygün Musayeva