Orqanizmdəki bu dəyişikliklər ağır xəstəliklərin xəbərçisidir

  • 2023.04.04 19:15
  • 1661 Baxış
Orqanizmdəki bu dəyişikliklər ağır xəstəliklərin      xəbərçisidir
Orqanizmdə beş siqnal sağlığınızdakı problemlərdən xəbər verir.
“Medicina” həmin qırmızı siqnalları təqdim edir:

Başgicəllənmə - çox tez, sürətli qalxmağın və ya bir qədər susuzluğun nəticəsi ola bilər. Ancaq başgicəllənmə beyin, qan damarları, ürək və ya mədə-bağırsaq sistemində problemin siqnalı da ola bilər. Digər mümkün səbəb anemiyanı xarakterizə edən aşağı hemoqlobin tərkibidir.

Başgicəllənməyə başqa nə səbəb olur?

Daxili qulaqın viral infeksiyası.
Hipertoniya.
Çox aşağı qan təzyiqi.
Yüksək və ya həddindən artıq aşağı qan şəkəri.
Qalxanabənzər vəzinin xəstəlikləri.

Güclü tərləmə - yaxud həddindən artıq tərləmə və ya hiperhidroz menopoz, piylənmə, həddindən artıq məşq, narahatlıq və ya stres ola bilər.

Həddindən artıq tərləmə başqa nəyə səbəb olur?

Tiroid vəzi ilə bağlı problemlər.
Diabet.
Ürəyin işində pozuntular.
İnfeksiyalar.
Xərçəng.

Soyuq - davamlı soyuqluq hissi hipotiroidizm, anemiya, zəif qan dövranı, hipoqlikemiya (aşağı qan şəkəri), dəmir çatışmazlığı və ya müəyyən vitamin çatışmazlığı kimi sağlamlıq problemləri haqqında bədəndən gələn bir siqnaldır.

Planlaşdırılmamış çəki itkisi - nəzarətsiz çəki itkisi tez-tez stress, depressiya vəziyyətində baş verir və ya dərmanların (statinlər kimi), eləcə də parazitlərin infestasiyasının yan təsiri kimi baş verir.

Planalşdırılmamış çəki itkisinə başqa nə səbəb olur?

Qalxanabənzər vəzinin xəstəlikləri, crohn xəstəliyi və mədə-bağırsaq traktının digər patologiyaları, ürək-damar xəstəlikləri, HİV, demans, xərçəng kimi xəstəliklər səbə olur.

Dəridə ləkələr - qeyri-adi xal və ya ləkələr dəri xərçənginin əlaməti ola bilər və ya olmaya da bilər. Dəri Xərçəngi Fondunnun məlumatına görə, əgər xal və ya çillər yuvarlaqdırsa, simmetrikdirsə və forması dəyişmirsə, narahat olmağa dəyməz. Lakin böyüyərsə, asimmetrik görünürsə və ya aydın sərhədləri yoxdursa, onlar melanoma dəri xərçənginin əlaməti ola bilər.

Aygün Musayeva