Orqanizmi dirildən və güc verən maş cücərtisi – Qutu-qutu vitamini əvəz edir

  • 2019.07.18 20:58
  • 18720 Baxış
Orqanizmi dirildən və güc verən maş cücərtisi –  Qutu-qutu vitamini əvəz edir
Maş lobya, paxla növüdür, bizdə yeməklərdə istifadə olunur. Bir çox insanlar orqanizmin vitamin tələbatını ödəmək, gücləndirmək üçün sintetik vitamin preparatlarına üz tuturlar. Bu gün vitamin bazarı dünyada milyardlarla dollar gəlir gətirir.


Halbuki vitamin insan bədəninə təbii məhsullarla daxil olmalıdır.


Medicina.az sizə qutu-qutu sintetik vitamin qarışımlarını əvəz edən təbii maş cücərtisinin reseptini təqdim edir. Bir dəfə hazırlayın, bütün ailə faydalansın.


Lazımdır:


Maş – 100 qr

İçməli su 

Tənzif 

Şüşə banka


Hazırlanması:


Bankaya maş tökülür, üzərinə dolana kimi təmiz su alınır. Bankanın ağzını tənziflə örtübb, rezin keçirirsiz.  Bankanı şkafa qaranlığa qoyun. Gecədən səhərə kimi qalır. 


Səhər bankadan suyu boşaldır, maşı yuyur, yenidən su alıb, bağlayıb, şkafa qoyursuz.

Yenidən götürüb, maşı yuyursuz,  boşqaba sərib, üzərinə cuna(tənzif) sərib, balkona, pəncərə kənarına qoyursuz. 


1 sutka sonra maşı su ilə yuyur, yenidən yayıb,  bu dəfə şkafa, qaranlığa qoyursuz. 

Növbəti 2 gündə hər gün bir dəfə yuyub, şkafda saxlayırsız. BU ərəfədə maş cücərəcək. 


Hazır cücərmiş maşı soyuducuda saxlayırsız. Hər gün bir az goturub isti su ilə yuyub, yeyirsiz.

Eləcə də salatlara qata bilərsiz.

 

Orqanizmi dirildən və güc verən maş cücərtisi –  Qutu-qutu vitamini əvəz edir