Osteoartrit xəstəliyinin müalicəsi varmı?

  • 2023.12.28 15:06
  • 1491 Baxış
Osteoartrit xəstəliyinin müalicəsi varmı?

Yaş artdıqca osteoartrit xəstəliyinin rastgəlmə tezliyi durmadan artır. Yaşlı pasiyentlərdə medikamentoz müalicəyə tək effektivlik deyil, həmçinin, təhlükəsizlik baxımından diqqətli olmaq lazımdır. Bu baxımdan Traumeel S preparatının üstünlükləri: çoxkomponentli və çox istiqamətli biotənzimləyici preparatdır, yaxşı dözümlülük, digər preparatlarla uyğunluq göstərir. Qeyri-steroid iltihabəleyhinə preparatlara xas yan təsirləri yoxdur, ağrıkəsici və iltihabəleyhinə təsir göstərir.


"Medicina" xəbər verir ki, yaşlı pasiyentlərdə müxtəlif revmatik xəstəliklər ola bilər, lakin yayılma baxımından osteoartrit (OA) birinci yerdədir.


OA xəstəliyi yaşla əlaqəli durmadan artır. Bu oynaq patologiyası hərəki aktivliyə mane olan funksional pozulmalara görə yaşlı insanların həyat keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salır. OA-nın inkişafının və proqressivləşməsinin səbəbləri dayaq-hərəkət aparatındakı struktur və funksional dəyişikliklərdir. Subxondral sümükdə sümüklərin regenerasiya prosesləri pozulur, dezadaptiv remodelləşmə elementləri osteofitlərin inkişafı ilə ortaya çıxır, sümük rezorbsiyası üstünlük təşkil edir, oynaqların qığırdaq toxuması nazikləşir və dağılır, kapsulyar bağ aparatı pozulur, əzələlərin piy toxuması ilə əvəzlənir, onların tonusu və yığılma gücü azalır.
Yaş artdıqca, hərəkətlərin koordinasiyası pozulur, travmaya meyillik, o cümlədən, əzilmə, bağların dartınması və cırılması, skeletin periferik sümüklərinin sınıqları artır


OA-nın vaxtında diaqnostikası, onun inkişafı üçün risk faktorlarının müəyyən edilməsi və adekvat terapiya fiziki fəaliyyətin azalmasının qarşısını ala bilir, yaşlıların ömrünün artmasına müsbət təsir göstərən fiziki və sosial fəaliyyəti dəstəkləməyə imkan verir. Bu gün onların əmək qabiliyyətini qorumaq xüsusilə vacibdir, çünki son onillikdə əmək fəaliyyətinin müddəti (xüsusən intellektual və yaradıcı işlə məşğul olan insanlarda) xeyli uzanmışdır.


OA-da müalicə kompleks, yəni həm medikamentoz, həm qeyri-medikamentoz terapiyadan ibarət olmalıdır. Qeyri-medikamentoz terapiyanın bir neçə əsas istiqaməti xüsusi əhəmiyyət kəsb edir: pasiyentlərə həyat tərzinin korreksiyası, özünə kömək elementləri, müntəzəm müalicəvi idman (LFK-MİT) və ortezlərin istifadə texnikası öyrədilməlidir.


Pasiyentlərə bədən çəkilərinə nəzarət etmələri tövsiyə olunur, çünki bədən kütləsi yüksək olan insanlarda ağrının və funksional pozulmaların dərəcəsi normal bədən çəkisi olan insanlara nisbətən daha yüksək olduğu sübut edilmişdir.

Bədən çəkisinin azalması iltihab markerlərinin səviyyəsinin azalması, qığırdağın deqradasiyasının markeri ilə və qığırdaq sintezi markerinin səviyyəsinin artması ilə korrelyasiya edir.


Fiziki məşq və müalicəvi idman terapiyası yaşından, ağrının intensivliyindən və funksional pozulma səviyyəsindən asılı olmayaraq, OA olan pasiyentlərin terapiya proqramının ən vacib komponentidir.

OA olan pasiyentlərdə müalicəvi idman terapiyasının əsas prinsipləri –yüklənmənin tədricən artması, kiçik həcmdə və orta intensivlikli gündəlik məşqlərdir.


Diz oynağının (DO) OA olan pasiyentlərə elastik bandaj və ortezlərin istifadəsi tövsiyə edilir. Elastik diz yastığı geyindikdə, oynağa düşən yük zamanı ağrılar azalır.


Qeyri-medikamentoz müalicənin mühüm əhəmiyyətinə baxmayaraq, OA-nın müalicəsində medikamentoz terapiya olmadan keçinmək mümkün deyil. Beynəlxalq mütəxəssislərin tövsiyələrinə əsasən, OA üçün bir sıra dərman preparatlarından (DP) istifadə olunur: parasetamol, QSİƏP, simptomomodifikasiya olunmuş ləng təsirli vasitələr (xondroitin sulfat, qlükozamin sulfat, avokado və soya yağları), diaserein, hialuron turşusu preparatları və qlükokortikosteroidlərin yerli tətbiqi.


Yaşlı pasiyentlərdə medikamentoz müalicəyə tək effektivlik baxımından yanaşılmır. Bunun üçün əsas tələblərdən biri qısamüddətli və uzunmüddətli istifadənin təhlükəsizliyidir, çünki orqan və sistemlərin yaşla əlaqəli xüsusiyyətləri preparatların farmakodinamika və farmakokinetikasına təsir göstərir. Yaşlandıqca, mədə şirəsinin turşuluğu, bağırsağın sorma qabiliyyəti, mədə-bağırsaq traktı boyunca maddələrin hərəkət sürəti və mezenterial qan axınının intensivliyi azalır. Bu, təsiredici maddələrin nizamsız azad olmasına, bir tərəfdən absorbsiyanın azalmasına, digər tərəfdən preparatın bağırsaqda uzun müddət qalıb-toplanmasına səbəb olur.


Bədəndə piy toxuması artır, mayenin ümumi miqdarı azalır və bu, yağda həll olan maddələrin təsir müddətinin uzanmasına səbəb olur, bununla əlaqədar suda həll olan preparatların dozasının azalması tələb olunur. Əzələ kütləsinin piy toxuması ilə əvəz edilməsi orqanizmin fizioloji aktiv toxumasına yeridilən dərman preparatlarının konsentrasiyasının artmasına gətirib çıxarır. Bütün orqanların yaşla əlaqəli xroniki işemiyası, maddələrin toxumalara çatdırılmasının məhdudlaşdırılmasına və onlarda metabolitlərin yığılmasına səbəb olur. Yaşlı xəstələrdə qaraciyər kütləsinin azalması və qaraciyərdə qan axınının azalması səbəbindən müəyyən dərmanların biomənimsənilməsi artır və toksik təsirlərin ehtimalı və təzahürü arta bilər.

Böyrəklərin konsentrasion və ekskretor funksiyasının azalması preparatların kumulyasiyası nəticəsində yan təsirlərə səbəb olur. Bildiyimiz kimi, QSİƏP istifadə edərkən əlavə təsirlər daha çox 65 yaşdan yuxarı xəstələrdə inkişaf edir.

Yaşlı insanlarda OA-nı müalicə edərkən sistemli terapiyanı minimuma endirməyə çalışırıq, çünki statistikaya görə 65 yaşdan yuxarı insanların əksəriyyəti davamlı olaraq gündə 5-dən 12-yə qədər müxtəlif tablet qəbul edir və buna görə də preparatların arzu olunmayan qarşılıqlı təsiri artır. 60 yaşdan yuxarı insanlarda preparatları qəbul etməklə yaranan fəsadların tezliyi gənc xəstələrə nisbətən 2 dəfə, 70 yaşdan sonra isə 7 dəfə yüksəkdir.


Bu faktlar, həkimi OA olan yaşlı pasiyentlər üçün ən təhlükəsiz medikamentoz müalicə axtarmağa vadar edir. Bu problemi həll etmək üçün yeni imkanlar təklif edilir: bu, İNTEQRATİV TƏBABƏTDİR ki, orqanizmin bərpaedici imkanlarının aktivləşdirilməsinə yönəlmiş özünütənzimləmə prinsiplərinə əsaslanır. Həyat fəaliyyəti və ətraf mühitlə qarşılıqlı əlaqə prosesi zamanı orqanizmdə autorequlyasiya və adaptasiya mexanizmləri müvafiq təsirləri tətbiq etməklə maksimum dərəcədə aktivləşdirilə və ya inkişaf etdirilə bilər.

Biotənzimləməni optimallaşdırmaq üçün amin turşuları, kofaktorlar, mineral elementlər və bitki ekstraktları kimi maddələrdən istifadə etmək məqsədəuyğundur. Onlar təbii fizioloji mexanizmlərə müdaxilə etmədən eyni vaxtda bir çox proseslərə təsir göstərməyə imkan verir. Biotənzimləyici preparatların üstünlüyü – onların farmakokinetik neytrallığı, digər preparatlarla qarşılıqlı əlaqənin olmamasıdır.


Biotənzimləyici preparatlar daxilə qəbul edilə bilər, əzələdaxili, applikasiya üsulu ilə, eləcə də lokal inyeksion terapiya ilə yeridilə bilər. Son iki üsul, dayaq-hərəkət sisteminin patologiyasının müalicəsində daha çox istifadə olunur, bu məqsədlə ən çox tətbiq olunan Heel şirkətinin Traumeel S və Zeel T preparatlarıdır. Artrozlarda (osteoartrit) Traumeel S və Zeel T preparatları olduqca effektiv və zərərsizdir.

Aygün Musayeva