Ötən gün Azərbaycanda 23 min adama peyvənd vuruldu

  • 2021.03.24 11:36
  • 1527 Baxış
Ötən gün Azərbaycanda 23 min adama peyvənd vuruldu

Azərbaycan Respublikasında 23 mart tarixində yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 22966 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Medicina.az -a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 494 403 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya bütün rayonlarında uğurla davam etdirilir.