Ötən il COVID-19-a yoluxan Tramp bu vaksindən istifadə edib

  • 2021.07.14 15:11
  • 1023 Baxış
Ötən il COVID-19-a yoluxan Tramp  bu vaksindən istifadə edib
Yaponiyanın Səhiyyə Nazirliyi yeni koronavirus növlərinin (Kovid-19) müalicəsində istifadə üçün "casirivimab" və "indevimab" adlı aktiv maddələrin birləşməsindən ibarət olan "Anti-Kor" adlı maddənin istifadəsini təsdiq edəcək.

Medicina.az xəbər verir ki, sözügedən vaksin gələn həftə təcili istifadə üçün təsdiqlənəcək.

Xarici ölkələrdə aparılan araşdırmalar zamanı məlum olub ki, "Anti-Kor" koronavirusa qarşı 70% effektivdir.

"Regeneron Pharmaceuticals" tərəfindən istehsal olunan maddə, ABŞ-da 2020-ci ilin noyabrından istifadə təsdiqi alıb. Həmçinin o, ötən il koronavirusa yoluxan Donald Trampın müalicəsində istifadə olunub və onun sağalmasında əsas rol oynayıb./unikal.org