Oturaq həyat tərzi təkcə bədəni deyil, həm də beyni təhdid edir. Mütəxəssislər müntəzəm idmanın Alzheimer və depressiya kimi xəstəliklərə qarşı qoruyucu təsir göstərdiyini bildirirlər.
Medicina.az xəbər verir ki, oturaq həyat tərzi beynin kiçilməsinə səbəb ola bilər.
Araşdırmalar göstərir ki, müntəzəm idman Alzheimer, demans və depressiya kimi xəstəliklərin riskini azaldır, hərəkətsizlik isə beyninizə birbaşa zərər verir.
Türkiyəli həkim Gökhan Özkoçak idmanın neyropsixiatrik xəstəliklərə qarşı qoruyucu təsirini izah edib. Birləşmiş Krallıqda 73.000 insanın iştirak etdiyi genişmiqyaslı bir tədqiqatın təəccüblü nəticələrini paylaşan Dr. Özkoçak, müntəzəm fiziki fəaliyyətin Alzheimer, demans, insult, depressiya və narahatlıq riskini əhəmiyyətli dərəcədə azaltdığını bildirib:
"Araşdırmada fərdlərin aktivlik səviyyələrinin ölçüldüyünü və onların 3 qrupa bölündüyünü bildirdi: oturaq, yüngül, orta və güclü idman.
İştirakçılara aktivlik səviyyələrini və enerji sərfiyyatlarını təhlil etmək üçün sensorlar quraşdırılıb. Tədqiqatın nəticələrinə görə, orta və güclü idmanla məşğul olan şəxslərdə Alzheimer, demans və insult riski 40%-ə qədər aşağı olub. Lakin, oturaq həyat tərzi sürən şəxslərdə insult riskinin 54% artdığı aşkar edilib. İdmanın yalnız fiziki sağlamlığa deyil, həm də idrak funksiyalarına müsbət təsir göstərdiyini gördük. Tədqiqatlar göstərir ki, idmanla məşğul olan şəxslərdə Alzheimer xəstəliyinə səbəb olan daha az zülal var.
73.000 nəfərin məlumatlarını təhlil edən tədqiqatın beynəlxalq konqreslərdə təqdim edilməsi gözlənilir."
Aygün
Medicina.az