Özəl klinikalara da koronavirus peyvəndi etməyə imkan verməliyik - Musa Quliyev

  • 2021.01.07 15:26
  • 1998 Baxış
Özəl klinikalara da koronavirus peyvəndi etməyə imkan verməliyik  - Musa Quliyev

Azərbaycan artıq koronavirus peyvəndi sifariş edib və yanvarın sonunda müəyyən kateroqiya insanlar peyvənd olunacaq.

Medicina.az xəbər verir ki, Təbibin məlumatına görə, koronavirus peyvəndi pulsuz olacaq.

Lakin özəl klinikalar da koronavirus testində olduğu kimi peyvənd prosesindən də kənarda qalmaya bilər.

Bu barədə millət vəkili, səhiyyə komitəsinin üzvü Musa Quliyev Xəzər Xəbərə bildirib.

“Test prosesində olduğu kimi vaksinlərin də özəl klinikalar tərəfindən əhaliyə təklif olunması məsələsinə baxıla bilər. Özəl klinikalar istəyərlərsə,imkanları yetirsə, vaksinləri alıb, əhaliyə təklif edə bilərlər. Bu həm bazar iqtisadiyyatı qanunlarına uyğundur, həm də əhalinin seçim imkanlarını artırır. Kim istəyərsə, özəl klinikada istədiyi peyvəndi vurdura bilər. Burda qanunauyğunsuzluq yoxdur. Buna şərait yaratmaq lazımdır”


Qeyd edək ki, Azərbaycan ilkin mərhələdə Türkiyə kimi Çinin effektiv koronavirus peyvəndini alıb.


Amma Amerikanın və Avropanın tətbiq edəcəyi Pfizer peyvəndi də ölkəyə gətirilə bilər. Məhz özəl sahibkar və klinikalar bu peyvəndi ala bilsə, o zaman Çin peyvəndindən daha baha olan Pfizer ödənişli şəkildə istəyən vətəndaşa tətbiq ediləcək.