Ozon koronavirusu öldürür – İsrail alimləri

  • 2021.02.19 16:48
  • 2248 Baxış
Ozon koronavirusu öldürür  – İsrail alimləri

Ozonla dezinfeksiya əlçatan və ucuzdur.

Koronavirusu ozonun köməyilə bir neçə dəqiqəyə məhv etmək olar

Medicina.az xəbər verir ki, İsrail alimləri ozon qazı ilə evləri, qapalı yerləri dezinfeksiya etdikdə virusun tamam öldüyünü sübut ediblər.

Təl-Əviv Universitetində aparılan tədqiqatın müəllifləri bildirir ki, adi dezinfeksiyaedici vasitələrdən fərqli olaraq, ozon təkcə məkanda olan əşyaları deyil, məkanın özünü də, havasını da dezinfeksiya edir. Bununla belə insan orqanizmi üçün zərərli deyil. Hətta əl çatmayan künclər və yerlərə də ozon çatır.

Ozon həm də ucuzdur, sürətli dezinfeksiya edir, cəmi bir neçə dəqiqəyə virusları məhv edir.
Ozon antibakterial və virus əleyhinə təsiri ilə çoxdan məşhurdur.