Pakistanda musson yağışları: Ölənlərin sayı 746-ya çatdı

  • 2025.08.20 16:21
  • 75 Baxış
Pakistanda musson yağışları:  Ölənlərin sayı 746-ya çatdı

Pakistana təsir edən musson yağışları fəlakətlərə səbəb olub.

Medicina.az xəbər verir ki, Pakistan Milli Fəlakət İdarəsindən (NDMA) verilən açıqlamada yağışla bağlı fəlakətlərin təsirlərinin ölkə daxilində davam etdiyi qeyd edilib.



Əsasən Gilgit Baltistan bölgəsində baş verən bu fəlakətlər nəticəsində son 24 saatda 44 nəfər həyatını itirib.

Təxminən iki ayda ölkə üzrə təbii fəlakət nəticəsində ölənlərin sayı 746-ya yüksəlib.

Ölkənin şimal-qərbində axtarış-xilasetmə qrupları Buner rayonunda itkin düşən 150 nəfərin axtarışlarını davam etdirir.



Milli Fövqəladə Əməliyyatlar Mərkəzinin rəsmiləri cənub bölgələrində güclü yağışın gözlənildiyini açıqlayıb və əlavə edib ki, yağış magistralları su altında saxlaya, nəqliyyatı poza, cənubdakı Sind əyalətində Kəraçi, Haydarabad, Thatta, Badin, Mirpurkhas və Sukkurda elektrik və telekommunikasiya şəbəkələrinə ziyan vura bilər.



Aygün
Medicina.az