Pandemiya 2022-ci ilin yayına kimi davam edəcək - Almaniya səhiyyə naziri

  • 23 Sen 2021 15:01
  • 355 Baxış
Pandemiya 2022-ci ilin yayına kimi davam edəcək -  Almaniya səhiyyə naziri
Almaniyanın səhiyyə naziri Yens Şpan koronavirus pandemiyasının bitəcəyi tarixi açıqlayıb.

O, “Augsburger Allgemeine” nəşrinə müsahibəsində 2022-ci ilin yaz aylarında kollektiv immunitetə nail olunacağını və bununla da pandemiyanın sona çatacağını gözlədiklərini bəyan edib.

Nazir COVID vaksinlərin təsirini aşa bilən yeni mutasiyaların meydana çıxma ehtimalını olduqca aşağı qiymətləndirib. O məhz növbəti bahardan etibarən normal həyat şərtlərinə dönüləcəyini bildirib.