Pandemiya bitməyəcək, Omikronun 500-dən çox növü yayılıb- ÜST rəhbəri

  • 2022.12.05 15:54
  • 1482 Baxış
Pandemiya bitməyəcək, Omikronun 500-dən çox növü yayılıb - ÜST rəhbəri
2020-ci ildən bəri COVID-19-la bağlı ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyət kəsb edən fövqəladə vəziyyətin ləğvi vaxtı hələ gəlməyib.

"Medicina" xəbər verir ki, bu barədə Dünya səhiyyə təşkilatının rəhbəri Tedros Qebreyesus brifinqdə bildirib.


"Biz pandemiyanın fövqəladə fazasının bitdiyini söyləməyə daha yaxınıq, lakin biz hələ ona çatmamışıq
Müşahidədə, testləşmə və vaksinasiyadakı boşluqlar koronavirusun narahatlıq doğuran yeni variantının ortaya çıxması üçün əla şərait yaratmağa davam edir", - deyə qeyd edib.


Tedros Qebreyesusun sözlərinə görə, “omikron” ştamının aşkar edilməsindən bir il sonra, koronavirus "inkişaf etməyə davam edib" və hazırda “omikron”un yüksək ötürücü olan və yuxarı tənəffüs yollarına təsir edən 500-dən çox alt növü dövr etməkdədir. Onlar koronavirusun əvvəlki variantlarına nisbətən daha az ağır xəstəliyə səbəb olurlar. Onların hamısı birlikdə immunitetin təsirindən daha asan qaçmağa imkan verən mutasiyalara malikdir.

Pandemiyanın mövcud olduğu üç ildən sonra belə ölüm səviyyəsi qəbuledilməzdir, çünki indi bəşəriyyət yoluxmanın qarşısının alınması və insan həyatının xilas edilməsi üçün çoxlu vasitələrə malikdir.

Aygün Musayeva