Koronavirus pandemiyası zamanı yeni super infeksiyalar artıq bəşəriyyətə hücuma başlayıb.
Medicina.az xəbər verir ki, həkim Yekaterina Utişeva super infeksiyalarla bağlı yeni fəlakətdən xəbər verib.
“Pandemiya dövründə bütün xəstəxanalar və əhalinin böyük qisminin güclü antibiotiklərdən istifadəsi və nəzarətsiz müalicəsi yaxın gələcəkdə antibiotiklərə dayanıqlı, dözümlü veneroloji-zöhrəvi infeksiyaların yayılmasına səbəb olacaq. Məsələn, yaxın gələcəkdə qonoreya yox, super qonoreya görəcəyik. Hazırda pnevmokokk və qonokokk infeksiyalarının müasir antibiotiklərə dözümlülüyü müşahidə olunur".
Hazırda dünyada hər il 87 milyon qonoreyaya yeni yoluxma qeydə alınır.