Pandemiyadan sonra ölüm sayı artacaq - HƏKİMLƏRDƏN HARAY

  • 2021.03.11 15:42
  • 2101 Baxış
Pandemiyadan sonra ölüm sayı artacaq  - HƏKİMLƏRDƏN HARAY

İşsiz insanlarda ölüm riski işi və gəliri olan insanlara nisbətdə 5 dəfə çox olur

Belə ki, bu insanlarda depressiya nəticəsində qəfləti ölümlərin baş vermə riski 5 dəfə artıq olur.

Medicina.az xəbər verir ki, artıq dünyada kardioloqlar pandmeiya bitdikdən sonrakı 5 ildə gənc və orta yaşlı insanlar arasında iqtisadi krizis səbəbindən ürək-damar xəstəliklərinin artacağı, kəskinləşəcəyi və buna bağlı qəfləti ölümlərin baş verəcəyi barədə həyəcan siqnalı veirr.

Kimsə işini itirdiyindən işsiz qalırsa, ya institut bitirib iş tapa bilmirsə, yaxud işsizlikdən ailə həyatı qura bilmirsə, bunların hamısı daxili gərginliklərin yaranmasına səbəb olur. Ona görə də işləməyən insanlar arasında ölüm nisbəti işləyənlərə görə daha çox olur.

Kardovaskulyar xəstəliklər (ürək və beyin xəstəlikləri) ümumi ölümlərin 60 faizini təşkil edir:
Bundan sonra onkologiya, travmatologiya və digər xəstəliklər üzrə ölümlər gəlir.

Son zamanlar Azərbaycanda nevroloji problemlər, insultlar, beyin qan dövranı çatışmazlığı artır. Bütün xəstəliklərdə olduğu kimi, ürək-damar xəstəliklərində də genetika 4-5 faiz rol oynayır. Qadınlarda arterial hipertenziyanın yayılması daha çox olur.

Onlarda 65 yaşından sonra ürəyin işemik xəstəliyi sürətlə artmağa başlayır və kişilərə nisbətən çox rast gəlinir. Kardovaskulyar xəstəliklər qadınlarda, xüsusilə də yaşlı qadınlar arasında müşahidə edilir. Əgər 52 faiz qadınlarda bu xəstəlik varsa, mövcud göstərici kişilərdə 48 faiz təşkil edir.