Pandemiyanın bitməsini demək üçün hələ tezdir - ÜST rəhbəri

  • 2022.04.12 15:45
  • 1942 Baxış
Pandemiyanın bitməsini demək üçün hələ tezdir   - ÜST rəhbəri

COVID-19 pandemiyasının bitməsindən danışmaq üçün hələ tezdir - ÜST-nin baş direktoru12.04.2022 09:18
Koronavirus (COVID-19) pandemiyasının bitməsindən danışmaq üçün hələ tezdir.


Medicina.az xəbər verir ki, , bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.


Onun sözlərinə görə, yoluxma hallarının sayı yüksək olaraq qalır, bir çox ölkədə koronavirusa qarşı peyvəndləmə göstəricisi çox aşağıdır.


Dünyada koronavirusdan ölüm hallarının sayında azalma tendensiyasına baxmayaraq, "pandemiya hələ də bitmək üzrə deyil".

Pandemiya ilə bağlı məhdudiyyətlərin yumşaldılması yoluxma hallarının artmasna imkan verir, yeni ştammların yaranma riskini artırır.