Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Panik atakın tutub, yoxsa infarktdır?

  • 2025.08.12 16:05
  • 156 Baxış
 Panik atakın tutub, yoxsa infarktdır?


Ürək infarktı ilə panik atak hücumu bəzən bənzədiyi və insana ölüm qorxusu gətirdiyi üçün fərqləndirmək çətin olur.


“Medicina” xəbər verir ki, Piroqov Universitetinin Kliniki Tibb İnstitutunun dosenti Dmitri infarktın panik tutmadan ağrının təbiəti və hücumun müddəti ilə fərqləndiyini bildirib.

"Panik atak adətən, heç bir xarici təsir olmadıqda inkişaf edir. Yəni, sadəcə nəqliyyatda olduğun halda, işdə, kompüterdə işləyəndə, hətta yuxuda da başlayıb insanı oyandıra bilər.


Bir qayda olaraq, ağrı ürək nahiyəsində lokallaşdırılır və bıçaqlanma xarakteri daşıyır. Ağrı baş gicəllənməsi ilə müşayiət oluna bilər. Təzyiq də “oynayır” . Sanki hava çatışmır, ürək döyüntüsü, sürətli nəbz....

Hücum qısa müddət davam edir, həkimə bir qayda olaraq, panik atakın hücum hissəsi 5-10 dəqiqədən çox davam etmir. İnfarkt zamanı ürəkdə ağrı anginal olur döş sümüyünün arxasına, qarına, çiyinə yayılır.

O, nəfəs darlığı ilə müşayiət oluna bilər, nəbz sürətlənə və ya ləngiyə bilər, ürəyin işində fasilələr mümkündür. Digər xarakterik əlamət soyuq tərləmədir. Əgər tutma 20 dəqiqədən çox çəkərsə, çox təhlükəli ola bilər”.


Aygün Musayeva