Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Partiya sədri koronavirusdan vəfat etdi

  • 2020.12.07 10:24
  • 3338 Baxış
Partiya sədri koronavirusdan vəfat etdi


Azərbaycan Yurddaş Partiyasının sədri Mais Səfərli vəfat edib.

“BakuPost” xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat yayıb.

M.Səfərli 62 yaşında koronavirusdan vəfat edib.

Qeyd edək ki, M.Səfərli 1958-ci ildə anadan olub. O, Milli Məclisin II çağırış (2000-2005) deputatı olub. 1993-cü ildən isə Azərbaycan Yurddaş Partiyasının sədri idi.

Allah rəhmət eləsin!