Payızda immuniteti möhkəmlətmək üçün Nə yemək lazlmdır?

  • 2022.09.05 15:46
  • 2331 Baxış
Payızda immuniteti möhkəmlətmək üçün     Nə yemək lazlmdır?

Payız gələn kimi qidalanmaya fikir vermək lazımdır. Menyuda virus infeksiyalarından qorumağa kömək edən qidalar olmalıdır.


"Medicina" xəbər verir ki, bu barədə həkim dietoloq Yelena Solomatina danışıb.


"Bağırsaq mikrobiomunu gücləndirmək vacibdir. Ona görə mövsümi tərəvəz, bitki lifləri çox olmalıdır.


Bağırsaqlar üçün kefir, qatıq, süd məhsulları, yoqurt da lazımdır.

Payızda ətdən çox balığa üstünlük verin. Yaxşı olar ki, dəniz, okean balıqları seçəsiz. Akvarium hovuzlarda yetişdirilən balıqlarda vitamin mineral olmur.

Balığı yağda qızartmayın, sadəcə cobada bişirin.

Orqanizmi toksinlərdən təmizləmək üçün hər gün 1 litr yarım təmiz su için.

Payızda selikli qişalar, burun içi quru olmamalıdır. Belə olan halda virus asanlıqla yapışır.

Payızda qətiyyən D vitamini əsklikliyi yaşamaq olmaz. O, immunitetə təsir edir. Vitamin D analizi verib, vitamini qəbul edin.
Eləcə də qanazlığına diqqət yetirin"


Aygün Musayeva