Şəhər havasında koronavirusun RNT-si tapılıb

  • 2021.11.26 15:50
  • 1272 Baxış
Şəhər havasında koronavirusun RNT-si tapılıb
Koronavirus bütün dünyada öz təsirini göstərməkdədir. Virusla bağlı müxtəlif araşdırmalar davam edərkən, Türkiyədə ilk dəfə 13 bölgədə havada koronavirusun varlığını müəyyən etmək üçün araşdırma aparılıb.

Medicina.az xəbər verir ki, tədqiqat nəticəsində əlverişsiz hava şəraiti olan rayonlardan nümunələr əldə edilib. Nəticələrə əsasən, şəhər yerlərində atmosfer hissəcikləri nümunələrində koronavirusun RNT-si aşkar edilib.

Kənd yerlərində isə heç bir koronavirus RNT-nin tapılmadığı bildirilib.

Yoluxma sayının çox olduğu bölgələrdə və müəyyən mənada havanın çirklənməsinin bir az daha intensiv olduğu bölgələrdə hissəciklərin nümunələrində SARS COVID testinin nəticələrinin müsbət olduğu görülüb.