- 60 qadın üzərində aparılan TƏCRÜBƏPəhrizlərin “yo-yo effekti”

  • 2017.09.09 16:59
  • 18093 Baxış
 - 60 qadın üzərində aparılan TƏCRÜBƏ Pəhrizlərin “yo-yo effekti”
Düzgün seçilmiş pəhriz orqanizmi toksin və şlaklardan təmizləməyə, səhəttinizdə yaxşılığa doğru dəyişikliklərə imkan yaradır. Amma bir çoxumuz pəhriz seçərkən maddələr mübadiləsi, genetik xüsusiyyətlərimizi, ailədə qidalanma rejimini nəzərə almırıq. 


Medicina.az xəbər verir ki, pəhrizə başlamazdan öncə orqanizmdə bütün  orqanların və sistemlərin vəziyyəti yoxlanılmalıdır.  Əks halda pəhrizlərin vurduqları zərərin nəticəsini aradan qaldırmaq çox çətin olacaq.


İnsan hər hansı pəhrizə əməl edərkən, orqanizmdə özünəməxsus müdafiə sistemi işə düşür. Orqanizmin qida stressinə qarşı müdafiə reaksiyası enerji sərfiyyatına qənaətdir. Bu qənaətin 40-45%-i nəfəs funksiyasının, ürək fəaliyyətinin və maddələr mübadiləsinin hesabına olur. 


Pəhrizlərin zərəri ondan ibarətdir ki, insan adət etdiyi qidalanma rejiminə qayıtdıqda iki qat kalori yığmağa başlayır. Dietoloqlar bunu "yo-yo effekti” adlandırırlar. Ən çox ziyan isə bir ərzağa əsaslanan pəhrizlərdən gəlir. Çünki məhz belə pəhrizlərin sayəsində artıq çəkidən çox az bir zamanda azad olmaq mümkündür.        


Amma belə pəhrizdən sonra çəkinin kəskin artması müşahidə edilir. Yenidən yığılmış piy isə birinci növbədə daxili orqanların ətrafında, qarın nahiyəsində müşahidə olunur.


Pəhrizlər həmçinin əsəb sisteminə də təsir edir. Düzgün seçilməmiş pəhrizlər aydın düşünməyə imkan vermir, adət edilməmiş qidalanma rejimi isə əsəb pozuntusuna səbəb ola bilir. 


İngilis psixoloqlar 60 sağlam qadın üzərində yaddaş, reaksiya və diqqət üzrə təcrübə aparıblar.  

 

Sınağın biri zəngin süfrədən, digəri isə ciddi pəhrizdən sonra aparılıb. Psixoloqlar bu nəticəyə gəliblər ki, pəhrizin əsas zərəri onun orqanizm tərəfindən stress kimi qəbul edilməsidir. Orqanizm isə stressin müxtəlif növlərinə alışmağa və ona qarşı durmağa qadirdir, bu bacarıq zamanla daha da güclənir. Bu səbəbdən də çəkini sərt pəhrizlərlə korrektə etmək hər zaman mümkün olmur.


Səbinə