Türkiyədə qadının qarnından çıxan şiş görənləri təəccübləəndirib.
Medicina.az xəbər verir ki, Amasyanın Göynücek rayonunda fermer olan Şule Akgülün qarnı iki ay ərzində böyüməyə başlayıb.
Hamilə olduğunu düşünən və nəfəs darlığı hiss etməyə başlayan üç uşaq anası Amasiya Universiteti Sabuncuoğlu Şerefeddin Təlim və Araşdırma Xəstəxanasına müraciət edib.
Müayinələr zamanı qarın boşluğunda kütlə aşkar edilib və əməliyyat qərarı verilib.
Mamalıq və Ginekologiya Mütəxəssisi Prof. Dr. Osman Fadıl Kara və komandası tərəfindən aparılan uğurlu əməliyyatda 38 yaşlı pasiyentin qarnından 30 santimetr, 8.5 kiloqramlıq kütlə çıxarılıb.
Sağlamlığına qovuşan Akgül deyib:
"Qarnımdakı şişkinlik səbəbindən hamilə olduğumu düşündüm. Qorxduğum üçün xəstəxanaya gələ bilmədim. Çətinliklə nəfəs ala bilirdim. Əyilə və ya ayağa qalxa bilmirdim. İndi sağlamlığıma qovuşdum".
Professor Dr. Kara, çıxarılan kütlənin təxminən 50 illik karyerasında rastlaşdığı ən böyük kütlələrdən biri olduğunu bildirib:
"Gecikməyə baxmayaraq, xəstəmizin həyatı xilas edildi. 8,5 kiloqramlıq yumurtalıq kistasını çıxardıq. Bütün limfa düyünlərini təmizləməklə irəliləməsinin qarşısını aldıq".
Kara, yumurtalıqlarda və ya uşaqlıqda kütlələrin gec aşkarlanmasının həyati təhlükə yaratdığını vurğulayıb və qadınlara hər 6 aydan bir və ya ildə bir dəfə ginekoloqları ilə ümumi müayinədən keçməyi tövsiyə edib.
Aygün
Medicina.az