Yoxsul adamlar daha çox insult olur – ALİMLƏR

  • 2025.11.07 11:26
  • 217 Baxış
Yoxsul adamlar daha  çox insult olur  – ALİMLƏR

Alimlər yoxsul insanlarda insultların daha çox rast gəlindiyini aşkar ediblər.

Yoxsulluq insult riskini üçdə bir artırır.

“Medicina” xəbər verir ki, Tasmaniya Universitetinin alimləri aşağı sosial statuslu insanların varlı qruplarla müqayisədə insult keçirmə ehtimalının 33% daha yüksək olduğunu aşkar ediblər.

Müəlliflər 2007-ci ildən 2020-ci ilə qədər Tasmaniya sakinlərinin tibbi məlumatlarını təhlil ediblər. Təhlil sosial statusun damar xəstəliklərinin inkişaf riski ilə birbaşa əlaqəli olduğunu ortaya qoyub. Xüsusilə, aşağı sosial-iqtisadi statusa malik insanların insult keçirmə ehtimalının 33% daha yüksək olduğu görülüb.


Tədqiqatçıların fikrincə, aşağı gəlirli insanlarda hipertoniya, ürək xəstəliyi, diabet və metabolik pozğunluqlar daha çox olur. Bu əhali qruplarına həzm və immun sistemi xəstəlikləri, bəzən hətta xərçəng diaqnozu qoyulma ehtimalı daha yüksəkdir - hətta gənc yaşda belə.

Aygün Musayeva