Peskov koronavirusdan sağaldı - Evə buraxıldı

  • 2020.05.25 19:34
  • 4578 Baxış
Peskov koronavirusdan sağaldı -  Evə buraxıldı
COVID-19-la bağlı xəstəxanaya yerləşdirilən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov evə buraxılıb.

Medicina.az xəbər verir ki, bu barədə o özü məlumat yayıb.

"Xəstəxanadan çıxmışam və hələ ki, karantindəyəm", - D.Peskov deyib.

Rusiya prezidentinin mətbuat katibi fəaliyyətini evdən davam etdirəcəyini bildirib.

Qeyd edək ki, D.Peskov mayın 12-də koronavirusa yoluxduğunu açıqlamışdı.