ABŞ-ın Alyaska ştatından olan tibb işçisinə yerli “Pfizer” şirkəti və onun “BioNTech” alman partnyoru tərəfindən hazırlanmış koronavirus peyvəndi vurulub və sonra onda güclü allergik reaksiya yaranıb.
Bu barədə “The New York Times” qəzeti bildirib.
Nəşrin mənbələrinin məlumatına görə, tibb işçisi xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti sabitdir.
Şirkət nümayəndələri hələ ki, hadisəni şərh etməyiblər.