Peyvənd etdirən şəxs digərlərini yoluxdura bilər – Səhiyyə rəsmisi

  • 2021.06.21 17:40
  • 1431 Baxış
Peyvənd etdirən şəxs  digərlərini yoluxdura bilər  – Səhiyyə rəsmisi

Koronavirusa qarşı vaksinasiyadan keçən şəxslər virusa yoluxa da bilər, onu başqalarına yoluxdura da bilər.

Medicina.az xəbər verir ki, rusiyalı səhiyyə naziri rəsmisi vaksinin virusa yoluxmaqdan heç kimi qorumadığını bir daha xatırladıb.

“Bir çox insanlar deyir ki, mən peyvənd olunmuşam, daha qorxusu yoxdur. Lakin peyvənd koronavirusun ağır gedişatından qoruya bilər.

Amma həmişəki kimi vaksin olunanlar yenə də yoluxmaya və yoluxdurmağa real təhlükə altındadırlar. İnsan yoluxa bilər, immun cavab işə düşəcək, 2-3 gün yüngül xəstəliyi keçirəcək, amma bu 2-3 gün ərzində ətrafındakı çox insanları yoluxdura bilər. Xüsusən yaşlı və xəstə yaxınları risk altındadır.

Peyvənd olunmuş şəxslər virus yükü çox olan yertlərdə yoluxa bilər: qapalı iş yerləri, lift, kafe, restoran, xəstəxanalarda.
Virusun ötürülməsi hava damcı yolu ilə tənəffüs orqanları ilə olur. Ona görə hər kəs pandemiya bitənə kimi maskada olmalıdır, xüsusən qapalı və adam çox olan yerlərdə”.

Vaksin olunanların maskadan imtina etməsi yolverilməzdir. Heç kim özündən qaydaları dəyişməsin.