Peyvənd koronavirusun yeni variantlarını yaradır, nahaq tələsdilər - Nobel mükafatlı PROFESSOR

  • 2021.05.24 17:23
  • 9180 Baxış
Peyvənd koronavirusun yeni variantlarını yaradır, nahaq tələsdilər -  Nobel mükafatlı PROFESSOR
Epidemioloqlar bu fenomen barədə bilir, lakin susur. Antiteldən asılı güclənmə və variasiyalar barədə virusoloqlar gözəl bilir. Koronavirusa qarşı peyvəndləmədə çox tələsdilər.

Medicina.az xəbər verir ki, bu sözləri fransız virusoloq, QİÇS-i kəşf edənlərdən biri, Nobel laureatı professor Lyuk Montanye deyib.

O hesab edir ki, dünyada aktivləşən vaksinləşmə nəinki tibbi, hətta elmi baxımdan yolverilməz səhvdr və bunu edənlər necə səhvə yol verdiklərini gələcəkdə biləcəklər.

Professor antiteldən asılı virusun nə olduğunu izah edib.

“Vaksin alan insanda indi yayılan koronavirusa qarşı antitel yaranır. İnsan immunitetində sipər görən virus ya ölmək, ya da başqa yol seçib yaşamaq uğrunda mübarizə etməlidir.

Beləliklə, o yeni variantların yaranması yolunu seçir.

İndi vaksin vurulan bütün ölkələrdə əks çarpaz tendensiya müşahidə edilir. Vaksinləşmədən sonra ölkədə yoluxma və ölüm rəqəmləri artır. Niyə görə? Çünki bu ölkədə virus antitellərlə mübarizəyə başlayır və yeni, daha güclü variantlar yaranır.

Professorun dedikləri ötən ay Avropa dərman vasitələri agentliyinin həkimləri tərəfindən ünvanlanan uzun bir məktubda da təsdiqlənir.

Məktubda açıq deyilir ki, qocalar evlərində aparılan kütləvi peyvəndləmədən bir neçə gün sonra yoluxma halları artmışdı. Halbuki həmin insanlar bu aylar ərzində bir dəfə də virusa yoluxmamışdılar.

Professor Montanye vaksindən sonra virusa yoluxanlar barədə şəxsi tədqiqatını da aparır.

“Mən sizə sübut edə bilərəm ki, bu adamlarda vaksinə davamlı daha güclü virus variantları yaranıb. Peyvənd koronavirusu aqressivləşdirir”.