Peyvənd olunanların sayı 400 mini ötdü

  • 2021.03.09 11:34
  • 1449 Baxış
Peyvənd olunanların sayı 400 mini ötdü

Martın 8-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 3 483 nəfər vaksinasiya olunub.

Bu barədə Medicina.az -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunub ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 411 496 nəfər peyvəndlənmə prosesində iştirak edib: "Vaksinasiya bütün rayonlarda uğurla davam etdirilir".