Peyvənd olunanların sayı açıqlandı

  • 2021.05.23 16:44
  • 2132 Baxış
Peyvənd olunanların sayı açıqlandı
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 25 406 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Medicina.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19 332, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 074 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 986 969, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 134 376, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 853 593 təşkil edir.