Peyvənd olunanların STATİSTİKASI

  • 2021.03.10 11:24
  • 1686 Baxış
Peyvənd olunanların STATİSTİKASI

Martın 9-da Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 21 204 nəfər vaksinasiya olunub.

Bu barədə Medicina.az -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunub ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 428 635 nəfər peyvəndlənmə prosesində iştirak edib: "Vaksinasiya bütün rayonlarda uğurla davam etdirilir".