Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Peyvənddən sonra əks təsirlər – Hansı halda həkim çağırmalı?

  • 2021.01.29 15:16
  • 2141 Baxış
Peyvənddən sonra əks təsirlər  – Hansı halda həkim çağırmalı?



Covid 19 peyvəndindən sonra inyeksiya yerində qızartı, ağrı, şişkinlik, eləcə də bədən daxilində istilik, titrətmə ola bilər.

Medicina.az xəbər verir ki, bu əlamətlər 2-3 gün ərzində itməlidir.

Bəs əgər əlamətlər itmirsə, yeni simptomlar olarsa, hansı halda həkim çağırmaq lazımdır?

- Əgər iynə yerində şişkinlik 2 gün ərzində itmirsə, əksinə daha da artır və istilik verirsə
- Əlavə təsirlər 5 gün ərzində keçib getmir və narahatlıq verir

- Eləcə də istənilən allergik reaksiyada tibbi köməyə yubatmadan müraciət etmək lazımdır.

- İynənin qızarmış yerinə soyuq kompress qoymaq olar

- Vaksin olunmuş qolu ovuşdurub, yumum-açıb, masaj etmək lazımdır ki, o qolda qan dövranı yaxşı olsun
- Su qəbulunu artırmaq