Peyvəndin yerinə infeksiya düşə bilərmi?- Həkim AÇIQLAMASI

  • 2021.02.04 16:36
  • 1225 Baxış
Peyvəndin yerinə infeksiya düşə bilərmi? - Həkim AÇIQLAMASI

İnsanlar adətən vaksinasiyanı yaxşı keçirirlər. Nadir hallarda əzələ zəifliyi yaşanır və ya peyvənddən sonra bir neçə gün ərzində temperaturda bir qədər artım qeydə alınır. Bu, anticisim istehsalının yan təsiridir və tamamilə normal haldır.

Medicina.az xəbər verir ki, bu barədə terapevt Gövhər Məmmədova koronavirusa qarşı peyvənd olunduqdan sonra insanların nə hiss etdikləri barədə Media.Az-a danışarkən bildirib.

Onun sözlərinə görə, peyvəndin təsir göstərməsi üçün bir neçə həftə keçməlidir, buna görə də bu müddət ərzində yoluxma riski var.

“Peyvənddən dərhal sonra klinikanı tərk etməyə və işə başlamağa tələsməyin. Peyvənddən sonra bir gün ərzində inyeksiya yerinə su vurmamağa çalışın, qaşımayın, əks halda infeksiya düşə bilər”, - deyə həkim əlavə edib.

O, həmçinin yağlı və ədvalı qidalardan ən azı ilk gün imtina etməyi, sağlam pəhriz saxlamağı tövsiyə edib.

“Bu zaman bədən bütün gücünü anticisim istehsalına yönəldir, buna görə immunitet bir az zəifləyir”, - deyə mütəxəssis izah edib və peyvənddən sonra evdə, izdihamlı yerlərdən uzaq və fiziki fəaliyyətdən kənarda keçirməyi məsləhət görüb.

Bəs əgər yenidən yoluxma riski varsa, peyvənd hansı səbəbdən vurdurulur? Həkim bunu izah edərkən bildirib ki, pandemiya şəraitində immunitetin yaranmasını gözləmək üçün illər lazım ola bilər, peyvənd isə bu immunitet süni şəkildə yaradır.

“Peyvənddən sonra yoluxma olsa belə, xəstəlik yüngül və ya tamamilə asemptomatik olacaqdır”, - deyə o vurğulayıb.