Pfizer Omikrona qarşı peyvəndi hazırlayır

  • 2022.01.27 16:44
  • 1973 Baxış
Pfizer Omikrona qarşı peyvəndi hazırlayır

BioNtech Omikrona qarşı vaksinin sınaqlarına başlayıb. Sınaqlarda 18-65 yaş arası 1430 nəfər iştirak edir.

Medicina.az xəbər verir ki, sınaqların gedişində yeni vaksinin təhlükəsizliyi, dözümlülüyü və immunogenliyi yoxlanılır.

Pfizer-in vitse-prezidenti Katrina Yansenin sözlərinə görə, baxçayaraq ki, buster dozanın kovidin ağırlaşmasından qorumasına dair məlumatlar var, biz zamanla bu müdafiənin zəifləyəcəyinə hazır olmalıyıq.

Ona görə yeni daha effektiv vaksinə ehtiyac olacaq.


Qeyd edək ki, ÜST rəsmilərindən Hans Klüqe bildirmişdi ki, Omikron Avropada pandemiyaya son qoya bilər.