Pfizer yeni kovid peyvəndi hazırlayır

  • 2023.01.13 15:31
  • 1526 Baxış
Pfizer yeni kovid peyvəndi hazırlayır
Yeni COVID-19 peyvəndi üzərində çalışdıqlarını deyən BioNTech-in qurucu ortaqlarından olan Uğur Şahin bu peyvəndin virusa qarşı daha təsirli olacağını bildirib.

"Medicina" xəbər verir ki, Uğur Şahin simptomatik koronavirusa qarşı işləri davam etdirdiklərini və yeni peyvənd üzərində işlədiklərini söyləyib:


"BioNTech-in əvvəlki versiyalarda görülən sünbül zülalını ehtiva edən peyvənd üzərində işləyirik"

Uğur Şahin şirkət tərəfindən xərçənglə mübarizə ilə bağlı araşdırmaların da davam etdirildiyini bildirib.