“Pfizer”in rəhbəri koronavirusa yoluxdu

  • 2022.08.16 15:07
  • 1711 Baxış
“Pfizer”in rəhbəri koronavirusa yoluxdu



ABŞ-ın “Pfizer” əczaçılıq şirkətinin prezidenti və baş icraçı direktoru Albert Bourla koronavirusa yoluxub.


Bakupost.az xəbər verir ki, bu barədə o, özünün "Twitter" səhifəsində məlumat paylaşıb.

Özünü yaxşı hiss etdiyini, xəstəliyi yüngül keçirdiyini deyən Albert Bourla hazırda təcrid olunub. O, “Paxlovid” preparatı qəbul etməyə başlayıb.