Plastik əməliyyatın qurbanı olan məşhurlar

  • 2023.06.05 12:55
  • 1831 Baxış
Plastik əməliyyatın qurbanı olan məşhurlar
Yarandığı gündən plastik-estetik əməliyyatlarin həmişə qurbanları olub. Gözəllik naminə həyatını riskə atanlar daha çox qadınlar olur.

“Medicina” plastik əməliyyatların uğursuz qurbanlarından bəzilərini təqdim edir.


Danatella Versaçi - tanınmış modelyerin bacısı, ölümündən sonra moda evinə rəhbərlik edir. O, çoxsaylı iynələr etdirib, dodaqlarını böyüdüb, həmçinin cərrahların xidmətlərinə - rinoplastika və mammoplastikaya müraciət etmişdir.




Amanda Lepore - Amerikanın divası keçmişdə bir kişi idi. Arman 15 yaşında rinoplastikaya müraciət edərək cinsiyyət dəyişdirmək arzusunu həyata keçirməyə başladı. 17 yaşında rəsmi olaraq Amanda oldu. Qadın saysız-hesabsız cərrahların bıçağı altına girərək, dodaqlarını və döşlərini böyütdü, blefaroplastika etdi, alnını qaldırdı, saç xəttini dəyişdirdi və qabırğalarını çıxardı.






Coselin Vildenşteyn - milyonçu ərini itirməkdən o qədər qorxurdu ki, nəyin bahasına olursa olsun, onu saxlamaq qərarına gəldi. Yaşlaşmanın ilk əlamətlərini gizlətmək üçün "gözəllik iynələri" ilə başladı. Sonra qadın pişiyə - ərinin sevimli heyvanına çevrilməyə qərar verdi. Bunun üçün həkimlər onun qaşlarını qaldırıb, gözlərinin formasını dəyişib, çənə və yanaq sümüklərinə implantlar yerləşdirib və dodaqlarını böyüdüblər. Nəticədə Coselinin siması tanınmaz dərəcədə dəyişdi.


Mikki Ruk - Məşhur aktyor “boksdan sonra üzünü qaydaya salmaq” üçün plastik cərrahların xidmətinə üz tutub. Beş uğursuz rinoplastika, bir neçə üz və göz qapaqları, yanaq sümüklərinə silikon implantlar və dodaqların dəyişdirilmiş forması, təəssüf ki, ulduzu əvvəlki cəlbediciliyinə qaytara bilmədi.




Qerbet Çaves - 35 yaşlı filippinli öz kumirinin - Supermenin surəti olmaq üçün dəfələrlə cərrahların bıçağı altına girib.

O, burun və çənənin, gözlərin və dodaqların formasını düzəldib, budları daha əzələli etmək üçün implantlar yerləşdirib, hətta dərinisini ağardın. Deyirlər ki, o, küçəyə ancaq super qəhrəman kostyumunda çıxır. Adam canlı heykəl kimi işləyir və pulla şəkil çəkdirir.



Günay Quluzadə