Plovu mikrodalğalı sobada qızdırmaq olmaz – Xəbərdarlıq

  • 2025.09.10 17:37
  • 146 Baxış
Plovu mikrodalğalı sobada qızdırmaq olmaz  – Xəbərdarlıq


Mikrodalğalı sobada isitmə zəhərli maddələrin ayrılması səbəbindən bəzi qidaları, yeməkləri orqanizm üçün təhlükəli edir.



“Medicina” xəbər verir ki, dietoloq Harini Bala mikrodalğalı sobada qızdırıldıqda zəhərli olan qidalardan danışıb.

"Bəzi qidaları bişdikdən sonra mikrodalğalı sobada qızdırmaq olmur. Yenidən isitmə onların tərkibindəki kimyəvi birləşmələrin dəyişməsinə və potensial zəhərli olmasına səbəb ola bilər.

Bunlar hansılardır?

İspanar

Yenidən qızdırılması mümkün olmayan yeməklərdən biridir. Səbəb oksalat turşusudur. Qızdırıldıqda, oksalat turşusu kristallaşır və zəhərli olur, böyrəklər xüsusilə ciddi şəkildə zədələnə bilər.

Onun tərkibində nitratlar da var ki, onlar yenidən qızdırıldıqda nitritlərə çevrilirlər. Belə nitritlər bağırsaqlarda kimyəvi maddələrlə qarşılıqlı təsirə girərək, şişlərin inkişaf riskini artıran birləşmələr əmələ gətirir

Çay

Mikrodalğalı sobada yenidən qızdırmaq da təhlükəlidir. Bu səbəbdən içkinin tərkibindəki turta taninlərinin miqdarı artır.

Taninlər yüksək konsentrasiyasına görə mədə və bağırsağın selikli qişasına mənfi təsir göstərir, faydalı qida komponentlərinin həzmini və udulmasını pozur və xoşagəlməz pozğunluq əlamətlərinə səbəb olur.

Düyü

Həkim bildirib ki, düyü mikrodalğalı sobada qızdırıldıqda zəhərli olan məhsullardan biridir. Qida Standartları Agentliyinin (FSA) məlumatına görə, belə düyü yemək qida zəhərlənməsinə səbəb ola bilər. Bu risk yüksək müqavimət göstərən Bacillus Cereus bakteriyasının olması ilə bağlıdır. İstilik bu bakteriyaları öldürür, lakin onlar təbiətcə zəhərli sporlar, göbələklər əmələ gətirirlər.

Düyü yenidən qızdırıldıqda və otaq temperaturunda buraxıldıqda, tərkibindəki hər hansı sporlar çoxala bilər və bədənin intoksikasiya faktoruna çevrilir.


Aygün Musayeva