Polis koronavirusdan danışan həkimi saxladı

  • 2020.02.04 10:14
  • 3155 Baxış
Polis koronavirusdan danışan həkimi saxladı
Çində yayılan ölümcül virusa görə hökumət bəzi ehtiyat tədbirləri görür. Buna görə də virus barədə məlumatların paylaşılmasını məhdudlaşdırıb. Məlumatı yayan şəxslərin cəzalandırılması da nəzərdə tutulub.
Medicina.az xəbər verir ki, bu səbəbdən Vuhanda çalışan və virus haqqında həqiqəti deyən həkimi polisə çağırıblar. "The New York Times”-ın məlumatına görə, oftalmoloq hələ keçən ilin sonlarında çatda yaxınlarına xəstəxanaya qəribə infeksiya ilə 7 nəfərin gəldiyini yazıb. Bundan sonra Li Venlyanı polisə çağırıblar. Onu yalan məlumat yaymaqda ittiham ediblər.

Məlumatları yaydığına görə, həkim üç gün polis şöbəsində saxlanılıb. Bundan sonra Venlyan yazdıqlarını təkzib etməyə məcbur olub.
Həkim Çin Səhiyyə Nazirliyinin nümayəndələrinə də cavab vermək məcburiyyətində qalıb.