Polşada azərbaycanlı tələbə diş ağrısından öldü - Nəşi vətənə gətirlir

  • 2019.11.05 14:45
  • 17561 Baxış
Polşada azərbaycanlı tələbə diş ağrısından öldü -  Nəşi vətənə gətirlir
Polşada vəfat edən azərbaycanlı tələbənin nəşi vətənə gətirilir.


Medicina.az  Sputnik Azərbaycan-na istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü
Pərviz Qalib oğlu Dadaşovun nəşinin vətənə gətirilməsi üçün sənədləşmə
işləri aparılır.

 



Qeyd edək ki, hadisə bir neçə gün öncə baş verib. Kənd
sakinlərinin verdikləri məlumata görə, tələbənin ölümünə dişində yaranan
problem səbəb olub. Kəskin ağrıdan əziyyət çəkən Pərviz orada yerləşən
xəstəxanalardan birində dişinə dərman qoydurub. Amma bundan sonra onun
vəziyyəti bir qədər də ağırlaşıb.

Tələbənin
vəziyyətinin ağırlaşması barədə ailəsinə xəbər verilib. Valideynləri
övladlarını Azərbaycana gətirmək istəyən zaman oğlanın hava limanında
vəziyyəti daha da kəskinləşib və onun həyatını xilas etmək mümkün
olmayıb.

Qubanın Qorxmaz kəndində dünyaya gələn Pərviz Dadaşov ailənin
tək oğul övladı olub. O, Azərbaycanın Dillər Universitetini bitirib və
Polşa universitetlərinin birində ingilis dili fənni üzrə magistr təhsili
alırmış.