Polşada koronavirus xəstələrini nəcislə Müalicə etdilər

  • 07 İyl 2021 19:33
  • 498 Baxış
Polşada koronavirus xəstələrini nəcislə    Müalicə etdilər
Britaniya və polşalı alimlər koronavirus xəstələrinin fekal transplantasiya ilə tez şəfa tapması barədə məlumat veriblər.


Medicina.az xəbər verir ki, 80 və 19 yaşlı pasiyentlərdə nəcis köçürülməsindən sonra koronavirusdan sürətli sağalma baş verib.


Hər iki pasiyent bağırsaq, kolit, kron xəstəliyindən əziyyət çəkirdi və onlara fekal köçürülmə olunub. Lakin bu prosedurdan bir gün sonra onlarda koronavirus da aşkarlanıb.

80 yaşlı kişidə 2 günə kovid sağalıb və pnevmoniya baş verməyib.

19 yaşlı pasiyent də bağırsaq iltihabından müalicə alırdı, nəcis köçürülməsindən 17 saat sonra onda koronavirus diaqnoz olunub.

Hərarəti qalxan gəncə müalicə təyin edilir, lakin heç müalicəni etmədən 1 sutka sonra kovid simptomları itib və o sağalıb.

Hər iki pasiyentdə 5 gün sonra PZR test neqativ göstərib.


Alimlər bu 2 faktı əsas götürərək, fekal transplantasiya və koronavirus üzrə geniş klinik tədqiqatlar aparmağa hazırlaşır.