Fransız aşpaz Cyril Lignac pomidor dolmasının daha yumşaq və şirəli olması üçün qiyməyə süddə və qaymaqda isladılmış çörək içi əlavə edir.
Medicina.az xəbər verir ki, çörək içi qiymənin suyunu saxlayır və dolmanın qurumasının qarşısını alır. Daha dadlı olması üçün içliyə təzə göyərti və limon qabığı da əlavə etmək olar.
Aşpaz həmçinin içliyi pomidorun içinə çox sıxmamağı və bişdikdən sonra bir neçə dəqiqə dincə qoymağı məsləhət görür.
Xanım,
Medicina.az