Psixoloq finlandiyalıların xoşbəxtlik sirlərini açıqladı - 3 qayda

  • 2024.02.22 18:10
  • 1146 Baxış
Psixoloq finlandiyalıların xoşbəxtlik sirlərini açıqladı - 3 qayda
2023-cü ildə dünyanın ən xoşbəxt ölkəsi seçilən Finlandiyadakı insanların xoşbəxtlik sirləri açıqlanıb.

Finlandiyada yaşayan psixoloq və filosof Frank Martela ölkəsinin 5 dəfə dalbadal dünyanın ən xoşbəxti seçilməsinin səbəblərindən danışıb.

Medicina.az xəbər verir ki, Martela xoşbəxt olmaq üçün hər gün edilməli olan 3 qaydanı sadalayıb.

Psixoloqun fikrincə, onların dünyanın ən xoşbəxt ölkəsi olmasının arxasında dayanan 3 qayda belədir:

Güclü bağlılıq hissi
Başqalarına yaxşılıq etmək
Məqsədlərə sahib olmaq

Martela qeyd edir ki, bu üç qaydaya əməl olunarsa xoşbəxtliyə nail olmaq mümkündür:

“Ətrafınızda sizə əhəmiyyət verən və qayğınıza qalan insanların olması sizi xoşbəxt edir. Araşdırmalar göstərir ki, dostlar və ailə ilə vaxt keçirmək həyatı daha da yaxşılaşdırır.

Yaxşılıq etmək də vacibdir. Kiməsə kömək edəndə və başqalarına müsbət təsir etdikdə, öz xoşbəxtliyiniz və məna duyğunuz artır.

Məqsəd tapmaq çox vaxt asan olmasa da, cəmiyyətin xeyrinə olan hədəflərə fokuslanmaq bu baxımdan vacibdir”.

Martelanın sözlərinə görə, məqsədlərə fokuslanmaq həm də pis vəziyyətlərə dözməyi asanlaşdırır.

Gül