Pulsuz aksiyada qaşlarını tatuaj etdirdi - Əri onu boşadı

  • 2021.04.26 15:11
  • 2578 Baxış
Pulsuz aksiyada qaşlarını tatuaj etdirdi -  Əri onu boşadı
47 yaşlı qadın qaşların aparatla tatuajına pulsuz sertifikat əldə edərkən sevinir. O, qaşlarına forma verərək, gözəlləşmək və yaxınlarını heyrətləndirmək istəyib. Qadının bu arzusu baş tutub, amma əskinə.

Medicina.az xəbər verir ki, ABŞ-da 47 yaşlı Ceymi Ledbetter qaşların yeni tatuajı- mikrobleydinqə hədiyyə sertifikatı alıb. Sertifikatı ona rəfiqəsi hədiyyə edib və buna 280 dollar verib.

Prosedurdan sonra Ceymi qaşının üstündən əlavə ikinci qaş çəkildiyini görür.

“Prosedur ağrılı idi, dərim yanırdı, amma dözürdüm. Güzgüyə baxanda isə dəhşətə gəldim. Bunu heç düşmənimə də arzulamıram. Mənim özgüvənim məhv olub. Həyat yoldaşım belə məni atdı”.

Uğursuz işini qəbullanmayan usta ikinci dəfə onu yenidən tatuaja dəvət edərək, hər şeyi düzəldəcəyini söz verib. Lakin qadın ona inanmayaraq yerli səhiyyə idarəsinə şikayət edib. Məlum olub ki, onun lisenziyası yoxdur.

İndi günlərlə evdən çıxmayan Ceyni tatuajın silinməsi, pozulması üzrə mütəxəssisə müraciət edəcək. O üzünün əvvəlki görkəminə qayıtmasını istəyir.