Putin hansı vaksini vurdurub? - Özü açıqladı

  • 2021.06.30 13:34
  • 1114 Baxış
Putin  hansı vaksini vurdurub? -  Özü açıqladı
Rusiya Prezidenti Vladimir Putin koronavirusa qarşı hansı vaksini vurdurduğunu açıqlayıb.

Medicina.az xəbər verir ki, Putin COVİD-19 virusuna qarşı “Sputnik V” vaksini ilə peyvənd olunduğunu bildirib.

“Rusiya Silahlı Qüvvələri “Sputnik V” vaksini ilə peyvənd olunur. Mən də Ali Baş Komandan kimi bu vaksinlə peyvənd olunmaq qərarına gəldim”, - deyə Rusiya Prezidenti vurğulayıb.