Putin koronavirusa qarşı vaksindən danışdı

  • 2020.11.10 15:32
  • 3453 Baxış
Putin koronavirusa qarşı vaksindən danışdı


Rusiya prezidenti vaksinasiya ilə bağlı sualların siyasiləşdirməməyə çağırıb.
O, Rusiyanın koronavirusa qarşı vaksininin effektiv olduğunu bəyan edib.


Medicina.az xəbər verir ki, o, artıq 2 peyvəndin qeydiyyata alındığını bildirib:


“ Tədqiqatlar sübut edib ki, bu preparatlar təhlükəsizdir, heç bir ciddi əks təsiri yoxdur. Hamısı da effektivdir. Sınaq peyvəndi olunmuş şəxslərin heç biri virus daşıyıcıları ilə ünsiyyətdən sonra yoluxmayıblar” – deyə Putin qeyd edib.


Vaksinlər ümumbəşəri və insanlığın naminə yaradılır. Burda siyasi məqamlar axtarmaq lazım deyil. İndi bu preparatlar bütün planetə lazımdır.