Qadının göz yaşları kişilərə necə təsir edir?

  • 2023.12.25 16:32
  • 860 Baxış
Qadının göz yaşları kişilərə necə təsir edir?


Alimlər qadın göz yaşlarının qadına faydalarından danışıb. Göz yaşı insanda göz almasının qurumasının qarşısını alan təbii nəmləndiricidir.


“Medicina” xəbər verir ki, sosial ünsiyyət və tərəfkeşlikdə də göz yaşlarının rolu var.
Onlar qadın göz yaşlarının kimyəvi tərkibini təhlil ediblər.

Analizlər göstərib ki, qadın göz yaşlarında hemosiqnal var ki, bu da kişidə testosteronun səviyyəsini azaldır.

İsrail alimləri son tədqiqatlarında kişi beyninin qadınlar ağlayarkən hansı emosiya və mesajı almasını müəyyən edib.

Məlum olub ki, qadın ağlamağı kişilərə bir neçə cür təsir edir:

1. Aqressiya və qəzəbi azaldır, söndürür

Eksperimentdə kişilərə qadın göz yaşları olan şüşələri qoxulamaq tapşırılıb. Sonrakı testlər kişilərdə aqressiyanın azaldığını göstərib.

2. Beynin reaksiyası – qadın göz yaşlarında olan maddələrdən alınan siqnal kişi beynində aktivliyi dəyişə bilir.

Həqiqətən də göz yaşı qadın üçün silah hesab edilə bilər.

Gələcəkdə alimlər qadın göz yaşlarında olan hemosiqnalların digər qadınlara təsirini araşdıracaq.

Aygün