Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qadınlar özlərini bu yaşdan qoca hiss edir

  • 2024.02.08 20:09
  • 1614 Baxış
Qadınlar özlərini bu yaşdan qoca  hiss edir

Alimlər kişi qadın psixologiyası arasında maraqlı fərqi tapıblar. Əgər kişilər özlərini 55 yaşdan sonra yaşlı hiss edirsə, qadınlarda bu hiss daha gənc yaşda gəlir.


“Medicina” xəbər verir ki, Lankaster universitetinin alimləri minlərlə qadın arasında sorğu aparıb.


25% qadın qocalığı saçında ilk ağlar görünəndə hiss etdiklərini bildirib.
Kişilər isə potensiyada problem olduqda artıq qocalığı etiraf edir.


Psixoloqlar bu fərqin qadının xarici görünüşünə daha həssas olması ilə əlaqələndirir.

Müasir cəmiyyət xarici görünüşə çox dəyər verir, kişilər hələ də əsrlər əvvəlki mövqedədir, elə də yaxşı görünməyə can atmır, onlar üçün vacib amil cinsi istək və yataqda bacarıqdır.

Qadınlar isə dəbli jurnallar, tv və sosial şəbəkələrin diktə etdiyi gənclik modeli ilə uyuşmağa can atır.

10% qadın isə ilk qırışlar üzdə görünən kimi qocalığın qapını döydüyünü düşünür.

50% qadın isə hamiləlik və doğuşdan sonra bədən formasının dəyişməsi səbəbindən qocaldığını deyib.

Cəmi 3% qadın qocalığın genetik olduğu ilə barışıb.


Qadınların özünü qoca hiss etdiyi orta yaş ümumilikdə 29-30 yaş müəyyən edilib.

Aygün M