Yeni dərc olunmuş bir araşdırma qadınların kişilərdə fiziki cəlbedicilik qavrayışı ilə bağlı təəccüblü nəticələr ortaya qoyub.
Medicina.az xəbər verir ki, tədqiqata görə, qadınların əhəmiyyətli bir hissəsi qarınlı kişiləri həddindən artıq əzələli bədən quruluşuna malik kişilərdən daha cəlbedici hesab etdiklərini bildirib.
Tədqiqatçılar səmimiyyətin, etibarın və qavranılan yanaşmanın bu seçimdə təsirli ola biləcəyini qeyd etsələr də, fiziki cəlbediciliyin insandan insana dəyişdiyini və mədəni fərqlərin də nəticələrə təsir edə biləcəyini vurğulayıblar.
Tədqiqatın nəticələri sosial mediada geniş ajiotaj yaradıb və istifadəçilər bu mövzuda fərqli fikirlər paylaşıblar.
Aygün
Medicina.az