Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qadınlar üçün ən vacib hormonal analizlər: - TSH, T3, T4, prolaktin…

  • 2024.11.14 12:56
  • 1242 Baxış
Qadınlar üçün ən vacib hormonal analizlər:   -  TSH, T3, T4, prolaktin…

Qadınlarda fiziki, psixiloji. hormonal problemlərdə əsas müayinələrdən biri də qalxanvari vəzin fəaliyyətinin yoxlanmasıdır.

“Medicina” xəbər verir ki, qalxanvari vəz 3 əsas hormonla orqanizmdə 30-dan çox funksiyanı tənzimləyir.

Bunlar TSH, T3 və T4 -dır.

Bu analizlərin nəticələrində normadan kənaraçıxmalar qalxanvari vəzidə olan pozulmalardan xəbər verir. Lazım olduqda diaqnozun dəqiqləşdirilməsi üçün bu analizlərdən əlavə xəstəyə qalxanvari vəzinin USM, MRT və digər analizlər təyin edilə bilər.

Hansı hallarda bu analizlər təyin edilir:

- hipotireozun diaqnostikası
- ZOB xəstəliyi zamanı
- uşaqlarda əqli və ya fiziki inkişafın ləngiməsi zamanı,
- ürək ritminin pozulmaları zamanı,
- qadınlarda menstrual funksiyasının pozulmaları zamanı (menstruasiyaların qeyri-müntəzəm olması, menstruasiyaların olmaması),
- sonsuzluqla bağlı müayinələr zamanı.
- Kökəlmə, arıqlama, tüklənmə, bədəndə və üzdə dəyişikliklər

Hər hansı səbəblərə görə qanda qalxanvari vəzi hormonlarının səviyyəsi düşdükdə, hipofiz TSH-in sintezini artırır ki, bu hormonun təsirindən qalxanvari vəzi hormonların ifrazı da artsın. Əksinə isə qalxanvari vəzi hormonların səviyyəsi qalxdıqda, hipofiz TSH-un sintezini azaldır ki, qalxanvari vəzi hormonların da sintezi azalsın.


T3 və T4 ümumi və sərbəst olur.

Sərbəst T3 və T4 hormonların səviyyəsi qalxanvari vəzi fəaliyyətinin real vəziyyətini əks etdirir. Bu səbəbdən adətən xəstələrə məhz bu hormonların analizi təyin olunur.

Analiz sübh tezdən (gecə yuxusu normal olmalıdır) acqarına verilir. Analiz verdikdən 20-30 dəqiqə əvvəl xəstə tam sakit olmalıdır.

Qalxanvari vəzi fəaliyyətinin azalması (hipotireoz) zamanı T3 və T4 normada və ya normadan aşağı olur, TSH isə artmış olur.

Qalxanvari vəzi fəaliyyətinin artması (hipertireoz) zamanı T3 və T4 artır, TSH isə düşür.

Bütün hormonal analizlər üçün Respublika Diaqnostika Mərkəzinin laboratoriya xidmətlərindən istifadə edə bilərsiz.

Noyabrın 13-dən sonuna kimi laborator analizlərə tam 30% endirim var.

Bu fürsətdən istifadə edin.

Tbilisi prospekti, 147, Baku, Azerbaijan

050 229 81 90


rdm.baku