Qadınlarda cinsi həvəssizlik kişidən asılıdır

  • 2023.04.13 22:08
  • 3367 Baxış
Qadınlarda cinsi həvəssizlik kişidən asılıdır
Qadında cinsi həvəsin olmamasına səbəb kişinin uyğun olmayan davranışlarıdır.
Gəlin, həmin bu davranışlara nəzər salaq.


“Medicina” xəbər verir ki, ilk öncə kişilər özlərinə belə sual verməlidirlər ki, siz sadəcə sevişmək istəyirsiz, yoxsa məhz o qadınla sevişmək istəyirsiniz?

Adətən bəyənilmədiyini və ya arzulanmadığını hiss edən qadın yanındakı kişi ilə nəinki, cinsi əlaqədə olmayacaq, hətta heş bir şey etmək istəməz.

Qadına toxunmadan, onu oxşamadan, ön sevişmə etmədən birbaşa cinsi əlaqəyə keçmək şəfqətsiz cinsi əlaqəsi hesab edilir.

Digər səbəb isə pis qoxulardır. Siqaret iyi, spirtli içkilərin iyi, yuyunmamış bədən qoxusu, fırçalanmamış diş və digər xoşagəlməz iylər hər bir insan kimi qadının da ürəyini bulandırır. Kişilər bunu mütləq nəzərə almalıdırlar.

Növbəti səbəb isə sevişmənin qısa müddət davam etməsidir. Bu da vacib bir məsələdir. Adətən kişi özünü düşünərək tələsir, qısa müddət ərzində əlaqə bitir.

Digər bir səbəb isə müəyyən xəstəliklərdir. Bu həm kişi üçün, həm də qadın üçün təhlükəlidir. Psixoloji və nevroloji hallar da səbəb ola bilər.

Bədənin həzz nöqtələrinə toxunulmayan qadın penislə zövq almaz.

Günay Quliyeva