Yüksək qan təzyiqi (hipertoniya) çox vaxt uzun müddət heç bir əlamət vermədən inkişaf edir. Məhz buna görə də ona "səssiz təhlükə" deyilir.
Medicina.az qan təzyiqinin yüksəlməsinə səbəb ola bilən amilləri təqdim edir:
- Həddindən artıq duz qəbulu
- Artıq çəki və piylənmə
- Fiziki hərəkətsizlik
- Davamlı stress
- Siqaret və alkoqol istifadəsi
- İrsi meyllilik
- Böyrək və bəzi hormonal xəstəliklər
Nələrə diqqət etmək lazımdır?
- Təzyiqinizi mütəmadi ölçün.
- Duz qəbulunu azaldın.
- Sağlam qidalanın və fiziki aktiv olun.
- Siqaretdən uzaq durun.
- Həkim təyin etdiyi dərmanları müntəzəm qəbul edin.
Unutmayın: Yüksək qan təzyiqi müalicə olunmadıqda infarkt, insult, böyrək və göz zədələnməsi kimi ciddi fəsadlara səbəb ola bilər. Erkən diaqnoz və düzgün müalicə bu riskləri əhəmiyyətli dərəcədə azaldır.
Aygün
Medicina.az